Hadisə

Azərbaycanda zəlzələ oldu

Metbuat.az

Lerik rayonunda zəlzələ qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, 15:31-də qeydə alınan yeraltı təkanın maqnitudası 3,6 dərinliyi isə 24 km olub.

Yeraltı təkanların Lənkəranda da hiss olunduğu deyilir.