İqtisadiyyat

Azərbaycanda vergi ödəyicilərinin sayı artıb

Metbuat.az

Bu il avqustun 1-nə Azərbaycanda 1 715 746 vergi ödəyicisi olub.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bu, ötən il avqustun 1-i ilə müqayisədə 4,8 % çoxdur.

Vergi ödəyicilərinin 86,7 %-i fiziki şəxslər, 13,3 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 4,6%, idarə, müəssisə və təşkilatların sayı isə 5,9 % artıb.

Bu il iyulun sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 6,7 % çox – 211 595 vahid təşkil edib.

İyulda 1 257 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 86,1 %-i yerli investisiyalı, 13,9 %-i xarici investisiyalıdır. Kommersiya qurumlarının 82,7 %-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron qeydiyyatının xüsusi çəkisi 97,1 % təşkil edib.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,2 %-i MMC formasında yaradılıb.