İqtisadiyyat

Azərbaycanda sığortaedənlərin sayı artıb

Metbuat.az

Bu ilin yanvar-iyul aylarında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 53,9 min vahid artaraq 2,27 milyon vahid olub.

Metbuat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.

Məlumata görə, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 7,7 min vahid, fiziki şəxslər üzrə 43,2 min vahid, torpaq mülkiyyətçiləri üzrə isə 2,9 min vahid artıb.