Hadisə
Avtomobil işıq dirəyinə çırpıldı -
Ölən var
Qobustan rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Təklə kəndi ərazisində qeydə alınıb.
"Hyundai" markalı avtomobilin idarəetmədən çıxaraq işıq dirəyinə çırpılması nəticəsində sürücü, 27 yaşlı Emil Əmralıyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.