Hadisə

Ağcabədidə ağır qəza oldu -

Xəsarət alanlar var

Metbuat.az

Ağcabədi rayonunda baş verən avtomobil qəzası nəticəsində xəsarət alanlar var.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Ağdam-Ağcabədi yolunun Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisindən keçən hissəsndə qeydə alınıb.

"VAZ-2107" və "Toyota" markalı minik avtomobillərinin toqquşması nəticəsində hər iki maşının sürücüsü, həmçinin bir neçə sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar təcili tibbi yardım briqadalarının köməyi ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.