Hadisə

Abşeronda birgə əməliyyat-

Silah-sursat aşkarlandı

Metbuat.az

Abşeron rayonu, Digah qəsəbəsi ərazisində "Kalaşnikov" markalı avtomat silah, ona məxsus bir daraq və 96 ədəd 7,62 kalibrli güllə, bir əl qumbarası aşkarlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.

Əməliyyat nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl avtomat və sursatları torpağa basdıraraq gizlətdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.