Dünya

ABŞ-İran danışıqları bərpa olunur

Metbuat.az

ABŞ Prezidenti Donald Tramp İranla danışıqların bərpa olunacağını açıqlayıb.

Metbuat.az xəbər ki, o, Nyu-Cersidən Vaşinqtona qayıdarkən jurnalistlərin suallarını cavablandırıb. Tramp ABŞ-İran danışıqlarının yenidən başlayacağını bildirib. Prezident İranla razılığa gəlməkdə nikbin olduğunu deyib. O, həmçinin Hörmüz boğazının açılması və İranın nüvə proqramı ilə bağlı razılaşmanın tezliklə əldə edilə biləcəyini bildirib. Tramp Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və İranla aparılan müzakirələrin planlaşdırılan genişmiqyaslı hücumu təxirə salmasına təsir etdiyini qeyd edib.

ABŞ Prezidenti danışıqlar yolu ilə razılığa gəlmək və çox sayda insanın həyatını xilas etmək istədiyini vurğulayıb.