Hadisə

9-cu sinif şagirdi vəfat etdi -

FOTO

Metbuat.az

Azərbaycanda 9-cu sinif şagirdi vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyası məlumat yayıb.

Qeyd olunub ki, gimnaziyanın 9-cu sinif şagirdi Qasımov Kənan Fariz oğlu vəfat edib.

O, məktəbin ən fəal şagirdlərindən, “Şagird təşkilatı”nın və “Teatr” dərnəyinin aktiv üzvlərindən, gimnaziyanın sosial şəbəkə hesablarının və elektron səhifəsinin idarəçilərindən idi.

Kənan buraxılış imtahanlarında və məktəb dərslərində də yüksək nəticə göstərib.