Hadisə
Zaqatalada dönərdən 8 nəfər zəhərləndi
Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub.
Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Rayon sakini olan 8 nəfər Zaqatala şəhəri ərazisində müxtəlif iaşə obyektlərində yedikləri dönərdən zəhərlənərək, xəstəxanaya müraciət edib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.