Hadisə

Zaqatalada 14 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti dayandırıldı

Metbuat.az

Zaqatalada 14 nəfərin dönərdən zəhərləndiyi ehtimal olunan kafenin fəaliyyəti dayandırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, bu gün Zaqatalada yerləşən "Real" kafesində dönər məhsulundan zəhərlənmə şübhəsi ilə bağlı məlumat daxil olub.

Qeyd olunub ki, toyuq dönəri məhsulundan, eləcə də istehlaka təqdim olunan digər qidalardan nümunələr götürülərək analizə cəlb olunub.

Bununla yanaşı, kafedə plandankənar yoxlama aparılıb, obyektin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Araşdırmaların və laborator müayinələrin yekun nəticələrinə uyğun olaraq qanunvericiliyin tələblərinə müvafiq tədbirlər görüləcək.