Ölkə
Xankəndidə ev yandı
Xankəndidə ev yanıb.
Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Xankəndi şəhərində yerləşən tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Yanğınsöndürənlər tərəfindən yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 300kv.m. olan ikimərtəbəli, bitişik yerləşən hər birinin sahəsi 250kv.m. olan iki ədəd birmərtəbəli və ümumi sahəsi 200kv.m. olan birmərtəbəli tikilinin yanar konstruksiyaları yanıb.
Yaxınlıqda yerləşən digər tikililər yanğından mühafizə olunub.