İdman
Vinçenso Montellaya ağır itki
Türkiyə milli komandasının baş məşqçisi Vinçenso Montellaya ağır itki üz verib.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) rəsmi açıqlama yayıb.
Bildirilib ki, italiyalı mütəxəssisin bacısı Katerina Montella baş vermiş ağır qəza nəticəsində xəstəxanaya yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
TFF mərhumun bu gün İtaliyanın Neapol şəhərinə bağlı Kastello di Çisterna qəsəbəsində yerləşən San Nikola kilsəsində dəfn olunacağını açıqlayıb. Federasiya Vinçenso Montellaya, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, Vinçenso Montella 2023-cü ilin sentyabrından futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi vəzifəsini icra edir.