Dünya
Ukraynada yeni Baş nazir təyin edildi
Ukrayna Ali Radası Sergey Koretskinin Baş nazir vəzifəsinə təyin edilməsini təsdiqləyib.
Metbuat.az xəbər verir ki, Koretskinin Baş nazir təyin olunmasını parlamentin 289 üzvü dəstəkləyib.
Bu həftə Ali Rada Nazirlər Kabinetinin yenilənməsi prosesinə başlayıb. Çərşənbə axşamı, iyulun 14-də parlament Baş nazir Yuliya Sviridenkonu istefaya göndərib. Müvafiq olaraq, onun bütün hökuməti də istefa verib.
Qeyd edək ki, Sergey Koretski 2025-ci ildən bəri “Naftoqaz Ukrayna” şirkətinə rəhbərlik edən ukraynalı menecerdir. Bundan əvvəl o, özəl biznes və enerji şirkətlərinin dövlət idarəçiliyində əhəmiyyətli təcrübə qazanıb.