Şou

Türkiyəli müğənnidən narkotik etirafı

Metbuat.az

Türkiyədə məşhurlara qarşı keçirilən narkotik əməliyyatı çərçivəsində saxlanılan müğənni İlyas Yalçıntaş məhkəmədə ifadə verib.

Metbuat.az Türkiyə mediasına istinadla xəbər verir ki, sənətçi narkotikdən asılı olduğuna dair iddiaları rədd edib. Yalçıntaş həyatı boyu cəmi bir dəfə narkotikdən istifadə etdiyini bildirib: "Bu hadisə 6 ay əvvəl Londonda olub. Dadına baxmaq istədim. O vaxtdan bəri heç vaxt narkotikdən istifadə etməmişəm. Bundan sonra da etməyəcəm".

Tanınmış müğənni məhkəmədəki ifadəsində heç vaxt narkotik maddə satmadığını və istifadə üçün evində kənar şəxslərə şərait yaratmadığını deyib. Yalçıntaş günahsız olduğunu bildirərək, məhkəmədən azadlığa buraxilmasını xahiş edib.