Ölkə
Türkiyədəki səfirliyimizdə yeni təyinat oldu
Azərbaycan Respublikasının Türkiyədəki səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsinə Müjdat Həsənov təyin olunub.
Metbuat.az xəbər verir ki, Müjdat Həsənov bu təyinatadək Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində çalışıb.
O, Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq münasibətlər və beynəlxalq biznes ixtisasları üzrə bakalavr və magistr təhsili alıb, daha sonra Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Bristol Universitetində dövlət idarəçiliyi üzrə magistr dərəcəsi əldə edib.
Əmək fəaliyyətinə 2008-ci ildə Elm və Təhsil Nazirliyində başlayan Müjdat Həsənov müxtəlif illərdə beynəlxalq əməkdaşlıq və xaricdə təhsil istiqamətləri üzrə məsul vəzifələrdə çalışıb.