Dünya

Trampın portreti olan 1 dollarlıq sikkə hazırlanacaq

Metbuat.az

ABŞ Prezidenti Donald Trampın portreti əks olunacaq yeni 1 dollarlıq sikkə hazırlanacaq.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Naziri Skott Bessent sosial media hesabında paylaşım edib. O bildirib ki, sikkə ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə hazırlanacaq və ölkənin azadlıq irsini, vətənpərvərlik ruhunu əks etdirəcək. Bessentin sözlərinə görə, Trampın portreti olan sikkə Amerika dəyərlərini və azadlığın qorunmasına sadiqliyi simvolizə edir.

Nazir sikkələrin neçə ədəd hazırlanacağı, hansı materialdan istehsal ediləcəyi və dövriyyəyə buraxılacağı tarix barədə məlumat verməyib.