Siyasət

Tramp: Hörmüz boğazına nəzarəti ələ keçiririk

Metbuat.az

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı növbəti diqqətçəkən açıqlama verib.

Metbuat.az xəbər verir ki, Tramp Fox News telekanalına müsahibəsində ABŞ-nin Hörmüz boğazına nəzarəti ələ keçirdiyini iddia edib.

“O boğazı ələ keçiririk. Onların əlində heç nə qalmayıb”, – deyə ABŞ Prezidenti bildirib.

Tramp həmçinin ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bazar gecəsi İranın hərbi hədəflərinə endirdiyi zərbələri xatırladaraq, Vaşinqtonun İrana “çox ağır zərbə” vurduğunu söyləyib.

O, İranın uzunmüddətli görüş keçirdiyini və razılaşma əldə olunduğunu, lakin sonradan şərtləri dəyişmək istədiyini iddia edib.

İran Silahlı Qüvvələri isə Trampın açıqlamalarına cavab olaraq ABŞ-nin Hörmüz boğazının idarə edilməsinə müdaxilə etməsinə icazə verməyəcəklərini bəyan edib. Tasnim agentliyinin yaydığı açıqlamada ABŞ-nin bölgədəki fəaliyyətinin təhlükəsizliyi ciddi risk altına saldığı bildirilib.