Dünya

Tramp etiraf etdi

Metbuat.az

ABŞ Prezidenti Donald Tramp ABŞ millisinin hücumçusu Folarin Baloqanın cəzası ilə bağlı məsələyə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp həmin epizodun yenidən nəzərdən keçirilməsini istədiyini açıqlayıb. O, qayda pozuntusu görmədiyini və həmin vəziyyətdə qırmızı vərəqənin niyə verildiyini anlamadığını deyib.

Qeyd edək ki, FIFA-nın İntizam Komitəsi Baloqanın diskvalifikasiyasını şərti olaraq dayandırıb. Bununla da futbolçu DÇ-2026-nın 1/8 final mərhələsində Belçikaya qarşı keçiriləcək oyunda iştirak edə biləcək.