Hadisə

Sumqayıtda boğulan gəncin son vəziyyəti açıqlandı -

YENİLƏNİB

Metbuat.az

Sumqayıt şəhəri, Corat qəsəbəsində dənizdə boğulan şəxsə zəruri tibbi xidmətlər göstərilib.

Metbuat.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 2004-cü il təvəllüdlü oğlan hospitalizasiya olunub.

Dənizdə boğulma təhlükəsi diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

17:17

Sumqayıt şəhəri, Corat qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 900 metr aralı, dənizdə nəzarətsiz ərazidə 2 nəfər batıb.

Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində 2004-cü il təvəllüdlü Yarıyev Murad Azad oğlu xilas edilib, 1 nəfərin isə meyiti (qadın cinsli) suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.