Hadisə

Şəmkirdə 12 yaşlı qız qətlə yetirildi

Metbuat.az

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirməkdə şübhəli bilinən onun 16 yaşlı bacısı saxlanılıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb.

2014-cü il təvəllüdlü Ə. N bıçaq xəsarətləri ilə xəstəxanaya aparılarkən ölüb.

TƏBİB-dən bildirilib ki, iyulun 24-də saat 21:00 radələrində 2014-cü il təvəllüdlü azyaşlı Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ölü vəziyyətdə gətirilib.

Hazırda faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanılıb.