İdman

"Səfərdə bizi çox çətin oyun gözləyir" -

Valdas Dambrauskas

Metbuat.az

“Bəzi fürsətləri dəyərləndirə bilməməyimiz bizi üzdü”.

Metbuat.az-ın məlumatına görə, bunu “Sabah” komandasının baş məşqçisi Valdas Dambrauskas oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, komandası ikinci hissədə daha üstün təsir bağışlayıb:

“Bəzi fürsətləri dəyərləndirə bilməməyimiz bizi üzdü. İkinci hissədə rəqib bir qədər az risk etdi və bizim çoxlu qol imkanlarımız yarandı. Bununla yanaşı, bəxtimizin gətirdiyi məqamlar da oldu. Səfərdə bizi çox çətin oyun gözləyir. Çünki rəqib artıq bizi tanıdı və oyun taktikamızı daha yaxından gördü. Bu gün meydanda olan futbolçularımızdan olduqca razı qaldım. Daha çox hücum etməyə və hücumlarımızın sayını artırmağa çalışdıq. Oyunçularımız ikinci qolu vurmağa çox yaxın idilər. Səfərdə qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Sabah” Finlandiya klubu “KuPS”u 1:0 hesabı ilə məğlub edib.

Sevinc İbrahimzadə