Ölkə
Şahin Bağırov onu idarə rəisi təyin etdi -
FOTO
Dövlət Gömrük Komitəsində struktur dəyişikliyi olub.
Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əmr imzalayıb.
Belə ki, DGK-nin Kibertəhlükəsizlik şöbəsi ləğv edilib, əvəzində isə Kibertəhlükəsizlik idarəsi yaradılıb.
Gömrük xidməti mayoru Turqut Tehran oğlu Vəliyev Kibertəhlükəsizlik idarəsinin rəisi vəzifəsinə təyin olunub.