Dünya

Sabiq prezidentin oğlunu hakimiyyətə gətirmək istəyirlər

Metbuat.az

Braziliyanın sabiq prezidenti Jair Bolsonaronun oğlu, senator Flavio Bolsonaro Liberal Partiyanın prezidentliyə namizədi elan edilib.

Metbuat.az xəbər verir ki, San-Paulu şəhərindəki Pakaembu stadionunda keçirilən partiya qurultayında çıxış edən 45 yaşlı Flavio Bolsonaro atasının siyasi irsini davam etdirəcəyini bildirib.

Flavio Bolsonaro çıxışında hazırkı prezident Luiz İnasio Lula da Silvanı sərt tənqid edərək atasının "girov saxlanıldığını", ev dustaqlığına məhkum edilərək təcrid olunduğunu və susdurulmağa çalışıldığını iddia edib.

O, həmçinin Lula hökumətini korrupsiyanı təşviq etməkdə, vergi yükünü artırmaqda, siyasi rəqiblərə təzyiq göstərməkdə və azadlıqları məhdudlaşdırmaqda ittiham edib.

Qeyd edək ki, 2022-ci il prezident seçkilərində məğlub olduqdan sonra dövlət çevrilişinə cəhd ittihamları ilə bağlı aparılan istintaq çərçivəsində ev dustaqlığında olan, siyasi fəaliyyət və ictimai çıxışlarına məhdudiyyət qoyulan sabiq prezident Jair Bolsonaro qurultayda iştirak edə bilməyib.