Siyasət
Sabiq deputata yeni vəzifə verildi
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktor müavini vəzifəsinə yeni təyinat olub.
Metbuat.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Cəbi Quliyev təyin edilib.
Qeyd edək ki, Cəbi Quliyev təyinata qədər Suraxanı Gənclər Evinin direktoru vəzifəsində çalışıb. O, 1990-cı ildə anadan olub və 2020–2024-cü illərdə Milli Məclisin Ordubad-Culfa seçki dairəsindən deputatı olub.