Ölkə
Sabah bu ərazilərdə qaz kəsiləcək
Sabah Bakının Qaradağ rayonunun bir sıra ərazilərində qaz kəsiləcək.
Metbuat.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək rayonun Ələt qəsəbəsinin, Kötəl və Şıxlar yaşayış massivlərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.