İdman

Ronaldonun “xoşbəxt ata” paylaşımı gündəm oldu -

FOTO

Metbuat.az

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo gərgin mövsümün ardından ailəsi ilə birlikdə istirahətə yollanıb.

Metbuat.az xəbər verir ki, təcrübəli futbolçu sosial şəbəkə hesabında paylaşdığı fotolarla həyat yoldaşı Corcina Rodriges və övladları ilə keçirdiyi xoş anları izləyiciləri ilə bölüşüb. Ronaldo paylaşımına "Xoşbəxt ata" qeydini əlavə edib.

Qısa müddətdə milyonlarla bəyənmə və minlərlə şərh toplayan paylaşım sosial şəbəkələrdə böyük marağa səbəb olub. Fotolarda ailənin lüks yaxtada və dəniz kənarında keçirdiyi istirahət anları əks olunub. Azarkeşlər Ronaldonun ailəsi ilə bağlı səmimi görüntülərini yüksək qiymətləndirərək paylaşımı çoxsaylı rəylərlə qarşılayıblar.