Hadisə

Qazaxda iki avtomobil toqquşdu -

Xəsarət alanlar var

Metbuat.az

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, rayon ərazisində iki minik avtomobili toqquşub. Qəza zamanı 46 yaşlı R.Mustafayev, 11 yaşlı Ü.Saralov və daha bir nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.