"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək -
YENİLƏNİB 5
UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ" Sofiyada ÇSKA ilə 0:0 hesablı heç-heçə edib.
Metbuat.az xəbər verir ki, ilk matç da qolsuz başa çatdığından əlavə vaxt oynanılıb. Burada da hesab dəyişməyib və penaltilər seriyasında ÇSKA 5:4 hesabı ilə qalib gəlib.
"Qarabağ" mübarizəni UEFA Konfrans Liqasının III təsnifat mərhələsində davam etdirəcək. Ağdam klubu bu raundda "Dinamo" (Kiyev) ilə qarşılaşacaq.
00.43
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyununda əlavə vaxt başa çatıb.
Metbuat.az-ın məlumatına görə, "Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0.
Matçda hər biri 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılıb. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulacaq.
00.35
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyununda ilk əlavə vaxt başlayıb.
Metbuat.az xəbər verir ki, "Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0.
Matçda hər biri 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılır. Əgər burada da qalib müəyyənləşməsə, penaltilər seriyasına ehtiyac duyulacaq.
23:53
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyununda ikinci hissə başa çatıb.
"Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0. Matçda hər biri 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılacaq. Əgər burada da qalib müəyyənləşməsə, penaltilər seriyasına ehtiyac duyulacaq.
22.49
UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanda ÇSKA və “Qarabağ” arasında cavab oyunu başlayıb.
Metbuat.az xəbər verir ki, Sofiyadakı "Vasil Levski” adına Milli Stadionda keçirilən görüş Bakı vaxtı ilə saat 22:00-da start götürüb.
Qarşılaşmanı belçikalı FIFA referisi Bram van Dril idarə edir.
Qeyd edək ki, komandalar arasında ilk matç qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0. Bu cütün qalibi növbəti mərhələdə İsrailin "Makkabi" (Təl-Əviv) klubu ilə qarşılaşacaq.