Ölkə

Prezidentə göstərdikləri foto bununla bağlı idi

Metbuat.az

Xəbər verdiyimi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Xocavənd rayonunun Quzeyxırman kəndində olub, sakinlərlə görüşüb.

Metbuat.az xəbər verir ki, sakinlərlə görüş zamanı sakinlərdən biri Prezidentə Heydər Əliyevlə olan şəklini göstərib.

Kişi sakin: O vaxt Ulu Öndərlə bizim şəklimiz var. Bu, mənəm. Bu da Əliyev. 1994-cü ilin aprel ayında bizimlə birbaşa səngərdə görüşdü, tövsiyələrini verdi. Bütün əsgərlərdə, şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratdı.

Prezident İlham Əliyev: Bəli, bəli. Bu Beyləqan istiqamətidir?

Sakin: Ağdam istiqamətidir.

Prezident İlham Əliyev: 1994-cü il.

Sakin: Ulu Öndərimiz gəlib-qayıdandan sonra biz bir neçə kilometr irəlilədik.

Prezident İlham Əliyev: Tarixi şəkildir.