Özgür Özel yeni partiya qurdu
Türkiyədə Özgür Özel "Yeni partiya" adlı siyasi partiyanın yaradıldığını açıqlayıb.
Metbuat.az xəbər verir ki, Özel yeni partiyanın təsis sənədlərini imzalayaraq Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verib. Onunla birlikdə 91 deputat da CHP sıralarını tərk edərək Yeni Partiyanın Təsis Komitəsinə qoşulub. Partiyanın loqosu ictimaiyyətə təqdim olunub, təsis ərizəsi isə Daxili İşlər Nazirliyinə təqdim edilib. Sənədləri imzaladıqdan sonra Özgür Özel "Bu, ölkəyə, millətə və hamımıza xeyirli olsun" deyə bildirib. Özel ilk paylaşımında Yeni Partiyanı işçilərin, təqaüdçülərin, dövlət qulluqçularının, fermerlərin, qadınların və gənclərin partiyası kimi təqdim edərək, yeni siyasi hərəkatın Türkiyəyə uğur gətirməsini arzulayıb.
Qeyd edək ki, Özgür Özelin qanunsuz şəkildə CHP sədri seçildiyi müəyyən edildiyi üçün partiyadakı vəzifəsindən uzaqlaşdırılmışdı.