Onlarla ABŞ əsgərləri yaralanıb, zərər gizli saxlanılır -
İddia
Adlarının açıqlanmasını istəməyən ABŞ rəsmilərinin məlumatına görə, İranla bağlı son qarşıdurmalarda onlarla amerikalı hərbçi yaralanıb, bir neçə hərbi helikopterə isə ziyan dəyib.
Metbuat.az xəbər verir ki, Pentaqon bu hücumlarda, yaralanan əsgərlər və hərbi texnikaya dəyən zərərlə bağlı ictimaiyyətə ətraflı məlumat verməyib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın hərbi obyektlərinə endirilən hava zərbələrinin Hürmüz boğazından keçən kommersiya gəmilərinə qarşı hücumlara cavab xarakteri daşıdığını açıqlayıb. Lakin qurum İordaniya da daxil olmaqla, bölgədəki ABŞ bazalarına edilən hücumlar barədə məlumat paylaşmayıb.
Qeyd edək ki, rəsmi məlumatlara əsasən, qarşıdurmalarda indiyədək 400-dən çox ABŞ hərbçisi yaralanıb. Müharibə nəticəsində isə 1700-dən çox iranlı mülki şəxsin həyatını itirdiyi bildirilir.