Ölkənin ən çox izlənən verilişi bəlli oldu
Azərbaycanda tamaşaçılar tərəfindən ən çox izlənilən televiziya proqramı Xəzər TV-də yayımlanan “Komedixana” verilişi olub.
Metbuat.az yeniavaz.com-a istinadən xəbər verir ki, Azərbaycanda televiziya kanallarının auditoriya reytinqlərini ölçən “Marsa” şirkətinin məlumatlarına görə, bu veriliş yanvar, fevral, mart, aprel, may və iyun aylarının hamısında reytinq cədvəlinin birinci pilləsində qərarlaşıb.
Qeyd edək ki, ilk yarımildə TOP-15 reytinq siyahısına daxil olan bütün proqramların yarısı Xəzər TV-nin payına düşüb.
Məlumat üçün bildirək ki, “Marsa” tərəfindən açıqlanan və 2026-cı ilin yanvar–iyun aylarını əhatə edən TOP 15 reytinq cədvəlinə ümumilikdə 32 fərqli veriliş və televiziya yayımı daxil olub.
Həmin verilişlərin 16-sı Xəzər TV-yə, 7-si ARB TV-yə, 4-ü ATV-yə, 3-ü Space TV-yə məxsus olub. CBC Sport TV və İTV isə yalnız UEFA Çempionlar Liqasının oyunlarının yayımı sayəsində reytinq siyahısına daxil olublar.
“Marsa”nın açıqladığı nəticələrə əsasən, AzTV, ARB 24, Real TV, Mədəniyyət TV, İdman TV və digər televiziya kanallarının heç bir proqramı 2026-cı ilin ilk yarısında açıqlanan TOP-15 reytinq siyahısına düşə bilməyib.