Hadisə
Oğuzda ölümlə nəticələnən qəza baş verdi
Oğuz rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.
Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.
"Mercedes" və "VAZ-2109" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"ın sürücüsü, 1987-ci il təvəllüdlü Əbdülrəhim Namizəd oğlu Məmmədəliyev ölüb.
Faktla bağlı araşdırma aparılır.