Hadisə

Oğuza istirahətə gedən kişi ölü tapıldı

Metbuat.az

Oğuza istirahətə gedən kişi ölüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü Qəhrəmanov Əziz Şahvələnd oğlu istirahət etmək məqsədilə günlük kirayə tutduğu Oğuz rayonu, Xaçmaz kəndində yerləşən fərdi yaşayış evində ölüb.

Onun hansı səbəbdən ölməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.