İqtisadiyyat

Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb

Metbuat.az

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 291,5 milyon manat olub.

Metbuat.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,3 % çoxdur.

İndiyə qədər bölgədə 3 372 ədəd yeni nəsil NKA quraşdırılıb.

Xatırladaq ki, 6 ayda Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14 milyard 779,5 milyon manat olub.

Bu, 1 il əvvələ nisbətən 15 % çoxdur.

İndiyə qədər Azərbaycan ərazisində 114 501 ədəd yeni nəsil NKA quraşdırılıb.