Siyasət
NATO liderləri Ankarada ailə fotosu çəkdirdi -
FOTO
Türkiyənin ev sahibliyi ilə keçirilən NATO Dövlət və Hökumət Başçılarının 36-cı Zirvə toplantısı çərçivəsində liderlər ənənəvi ailə fotosu üçün bir araya gəlib.
Metbuat.az xəbər verir ki, Prezident Kompleksində təşkil olunan zirvədə iştirakçıları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun Baş katibi Mark Rutte qarşılayıb. Rəsmi qarşılanma mərasimindən sonra liderlərin ailə fotosu çəkdirilib.
Ailə fotosunda Ərdoğanın sağında Albaniyanın Baş naziri Edi Rama, solunda isə NATO-nun Baş katibi Mark Rutte yer alıb.
Daha sonra liderlər Dövlət və Hökumət Başçılarının iclasına keçiblər. İclasdan əvvəl Ərdoğan xarici işlər naziri Hakan Fidan və MİT rəhbəri İbrahim Kalınla birlikdə ABŞ Prezidenti Donald Trampla qısa söhbət edib.