Dünya

Məşhur aktyor Zihni Göktay vəfat etdi

Metbuat.az

Türk teatrının tanınmış simalarından olan 81 yaşlı usta aktyor Zihni Göktay İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə aktyorun qızı Zeynəb Göktay Dilbaz sosial media hesabında paylaşım edib.

O, paylaşımında qeyd edib ki, sənətçi ilin əvvəlində Ankara qastrolu zamanı keçirdiyi bud sümüyü sınığından sonra artan sağlamlıq problemlərinə baxmayaraq, yaşama sevincini və səhnəyə qayıtmaq arzusunu son ana qədər qoruyub.

Xatırladaq ki, Zihni Göktay 1945-ci ildə İstanbulda anadan olub. Aktyor Türkiyənin teatr, kino və dublyaj sənətində qısa müddətdə uğur qazanıb. “Hababam sınıfı”, “Atla gəl, Şaban”dakı obrazları ilə yadda qalıb.