Elm və Təhsil
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçimi başladı
Bakı şəhəri istisna olmaqla, ölkənin digər rayon və şəhərlərində məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində məktəb seçiminə başlanılıb.
Metbuat.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Qeyd olunub ki, Bakı şəhəri üzrə seçim prosesi 21 iyul saat 15:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 22 iyul saat 11:00-da başlayacaq.
Qeydiyyat "mektebeqebul.edu.az" portalı üzərindən aparılır və 14 sentyabr saat 18:00-a qədər davam edəcək.