Siyasət
Məhəmməd Mustafa Bakıda Zəfər parkını ziyarət etdi
Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa Bakıda Zəfər parkını ziyarət edib.
Metbuat.az xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fələstin Dövlətinin Baş naziri Zəfər abidəsinin önünə əklil qoyub.
Qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.