İdman
Mbappe məğlubiyyətdən danışdı
Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatının yarımfinalında İspaniyaya məğlubiyyətdən sonra açıqlama verib.
Metbuat.az xəbər verir ki, futbolçu komandanın qarşılaşmada planlaşdırılan oyunu göstərə bilmədiyini bildirib. Mbappenin sözlərinə görə, Fransa həm texniki, həm də taktiki baxımdan istədiyi səviyyədə çıxış etməyib. O qeyd edib ki, İspaniya öz oyun üslubuna sadiq qalaraq topa və tempə nəzarət edib. Fransa millisinin kapitanı bildirib ki, onların planı rəqibə yüksək təzyiq göstərmək və oyunun ritmini pozmaq olub, lakin bunu həyata keçirə bilməyiblər.
Qeyd edək ki, yarımfinal görüşündə İspaniya Fransa üzərində 2:0 hesablı qələbə qazanaraq finala yüksəlib.