Dünya

Makron 17 ildən sonra Suriyaya səfər edəcək

Metbuat.az

Fransa Prezidenti Emmanuel Makronun yaxın vaxtlarda Suriyaya səfər edəcəyi gözlənilir. Səfərin dəqiq tarixi hələlik açıqlanmayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) agentliyi Suriya hakimiyyətinə istinadən məlumat yayıb.

Məlumata görə, səfər baş tutacağı təqdirdə Emmanuel Makron 2024-cü ilin sonunda Əhməd əş-Şaraanın hakimiyyətə gəlməsindən sonra Suriyaya səfər edən ilk Qərb lideri olacaq.

Bununla yanaşı, bu, 2009-cu ildə Nikola Sarkozinin səfərindən sonra Fransa prezidentinin Suriyaya ilk rəsmi səfəri kimi tarixə düşəcək.