Gündəm

Lənkəran Şəhər İcra Hakimiyyətində yeni kadr təyinatı olub

Metbuat.az

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun sərəncamına əsasən, İsmayılova Ülkər Şakur qızı icra başçısının müavini – Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Metbuat.az-ın məlumatına görə yeni təyin olunan müavin kollektivə təqdim olunub.

Qeyd edək ki, Ülkər İsmayılova bu təyinata qədər Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Girdəni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb. O, uzun illər şəhər icra hakimiyyəti aparatında dövlət qulluğu sahəsində fəaliyyət göstərərək zəngin idarəçilik təcrübəsi qazanıb.

Yeni vəzifəsində Ülkər İsmayılovaya uğurlar arzulayırıq.