Konfrans Liqası: "Zirə" mübarizəni dayandırıb -
YENİLƏNİB
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Zirə" "Payde" (Estoniya) ilə qarşılaşıb.
Metbuat.az xəbər verir ki, Sumqayıt şəhər stadionunda keçirilən matçda hesab bərabər olub - 1:1.
Azərbaycan klubunun heyətində 5-ci dəqiqədə Eren Aydın hesabı açıb. Qonaq komanda 71-ci dəqiqədə Henri Anierin dəqiq zərbəsi ilə hesabı bərabərləşdirib.
İlk matçda "Payde" doğma meydanda 1:0 hesablı qələbə qazandığı üçün bərabərlik Estoniya təmsilçisini növbəti mərhələyə çıxarıb.
21.45
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "Payde" (Estoniya) matçında ikinci qol vurulub.
Metbuat.az xəbər verir ki, Sumqayıt şəhər stadionunda keçirilən matçda qonaq komanda hesabı bərabərləşdirib - 1:1. 71-ci dəqiqədə Henri Anier adını tabloya yazdırıb.
21.01
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” ilə Estoniyanın “Payde” komandası arasında keçirilən oyunda ilk hissə başa çatıb.
Metbuat.az xəbər verir ki, Sumqayıt şəhər stadionunda təşkil olunan qarşılaşmada Bakı təmsilçisi 1:0 hesabı ilə öndədir.
“Zirə”nin qələbə topunu 5-ci dəqiqədə Eren Aydın vurub.
Beləliklə, komandalar fasiləyə “Zirə”nin minimal üstünlüyü ilə yollanıb.
20.06
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Sumqayıt şəhərində “Zirə” və “Payde” (Estoniya) komandaları arasında cavab oyunu başlayıb.
Metbuat.az xəbər verir ki, Sumqayıt şəhər stadionunda keçirilən görüş saat 20:00-da start götürüb.
Qarşılaşmanı Xorvatiyadan olan baş hakim Patrik Kolariç idarə edir.
Qeyd edək ki, Estoniyadakı ilk görüşdə “Zirə” 0:1 hesabı ilə uduzub. Bu cütün qalibi III təsnifat mərhələsində Avstriyanın “Rapid” klubu ilə qarşılaşacaq.