Media

IV Şuşa Qlobal Media Forumu davam edir

Metbuat.az

İyulun 14-də IV Şuşa Qlobal Media Forumu işini davam etdirir.

Metbuat.az xəbər verir ki, əvvəlcə forumun məqsəd və əhəmiyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edib.

Forum panel sessiyalarla işini davam etdirir.

“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr edilən forumda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspertlər, rəsmi şəxslər təmsil olunur.