Hadisə

İsmayıllıda ağır qəza -

Ölən və yaralanan var

Metbuat.az

İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün saat 16:00 radələrində İsmayıllı rayonu ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.

Nəticədə nəqliyyat vasitəsində olan 52 yaşlı İlqar Süleymanov və 67 yaşlı Elmira Duxiyeva aldıqları xəsarətlərdən hadisə yerində ölüb, 1 nəfər xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Davud Tarverdiyev / Metbuat.az