Dünya

İslamabad sazişləri pozulub -

İran

Metbuat.az

İran Xarici İşlər Nazirliyinin müavini Vahid Cəlalzadə İslamabad Sazişlərinin ABŞ hücumları və dəniz blokadası cəhdləri səbəbindən pozulduğunu bildirib.

Metbuat.az xəbər verir ki, İran ordusu ABŞ qoşunlarının yerləşdiyi İordaniyadakı Azrak hava bazasına kamikadze dronları ilə hücum etdiyini açıqlayıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə İrana qarşı yeni hücum dalğasının başladığını bildirib. Açıqlamada hücumların Hörmüz boğazında ticarət gəmilərinə qarşı istifadə edilən imkanları zəiflətmək məqsədi daşıdığı qeyd olunub.