İnəkləri ildırım vurdu, istixana dağıldı -
VİDEO
Külək qərb bölgəsində fəsadlar törədib.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, qeyri-sabit hava şəraiti qərb bölgəsində fəsadlara yol açıb. Ötən gün güclü külək və yağışla müşayət olunan hava Tovuzun bir neçə kəndində fəsadlara səbəb olub. Rayonun Bayramlı kəndində vətəndaşa məxsus iki iribuynuzlu heyvanı ildırım vurub. Təsərrüfata da ciddi ziyan dəyib. Şəmkirin Sabirkənd kəndində isə uzun müddət davam edən külək kənddə istixanlara və fermalarına ciddi ziyan vurub. Bir necə evin dam örtüyü və dəmir konstruksiyalı hasarlar da ciddi zərər görüb. Leysan yağışı selə səbəb olub. Nəticədə su evlərə dolub, arxlar daşıb bir neçə sakinin ev quşlarını sel aparıb. Hazırda bölgədə yağışla müşayət olunan qeyri-sabit hava şəraiti davam edir.
Davud Tarverdiyev / Metbuat.az