Siyasət

İlham Əliyev Almaniyaya rəsmi səfərə gəldi

Metbuat.az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də, axşam radələrində Almaniya Federativ Respublikasına rəsmi səfərə gəlib.

Metbuat.az-ın məlumatına görə, Berlin şəhərinin Brandenburq "Willy Brandt" Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini rəsmi şəxslər qarşılayıblar.