Dünya

Husilər Səudiyyə Ərəbistanına dəniz blokadası elan etdi

Metbuat.az

Yəməndə fəaliyyət göstərən və İranın dəstəklədiyi husilər hərəkatı Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası tətbiq etdiyini açıqlayıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Saria məlumat verib.

Onun sözlərinə görə, qərar "gözə göz" prinsipi əsasında qəbul olunub.

"Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan edirik", - deyə Saria bildirib.

Qeyd edək ki, bu açıqlama husilərlə Səudiyyə Ərəbistanı qüvvələri arasında uzun fasilədən sonra baş verən ilk silahlı toqquşmadan bir neçə gün sonra verilib.