Dünya
Hörmüz boğazında iki neft tankeri partladı
İran Hörmüz boğazında baş verən yeni insidentlə bağlı açıqlama yayıb.
Metbuat.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin təzyiqi ilə təhlükəsiz olmayan marşrutdan keçməyə çalışan iki neft tankerində partlayış baş verdiyini bildirib.
Açıqlamada partlayışın səbəbi barədə məlumat verilməyib. SEPAH həmçinin İranın müəyyən etdiyi marşrutdan kənar bütün dəniz yollarının gəmilər üçün təhlükəli olacağı barədə xəbərdarlıq edib.
Qeyd edək ki, İran daha əvvəl xarici müdaxilələr səbəbindən yaranan təhlükəsizlik vəziyyətini əsas gətirərək Hörmüz boğazının bağlandığını elan etmişdi.